Son məlumatlara görə, Çində geniş yayılan insan metapnevmovirusu (hMPV) Qazaxıstan və Qırğızıstana da keçib. Bu virus tənəffüs yollarını zədələyir və əsasən damcı yolu ilə ötürülür. Xüsusilə uşaqlar və immuniteti zəif olan şəxslər arasında sürətlə yayılır. Mövsümi xarakter daşıyan virus qripəbənzər simptomlarla özünü göstərir.
Bəs Azərbaycanda metapnevmovirusa yoluxma faktı qeydə alınıb?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən BEY.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən virusa ölkəmizdə yoluxma qeydə alınmayıb.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa