Azərbaycanda sevgilisindən ayrılan qız faciəvi şəkildə öldü
Xudatda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
BEY.AZ “ShimalNews”a istinadən xəbər verir ki, gənc qız sevgilisindən ayrıldığı üçün bu addımı atıb.
***
17:58
Xudat şəhərində mənzillərin birindən meyit tapılıb.
BEY.AZ APA-ya istinadən xəbər verir ki, asılmış halda meyiti aşkarlanan şəxsin 2002-ci il təvəllüdlü Qusar rayon sakini Həlimə Həsənova olduğu müəyyənləşib. Onun həmin mənzildə kirayədə yaşadığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |