Azərbaycanda “TikTok”un fəaliyyəti bərpa edildi
Bu gündən Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyəti bərpa edilib.
BEY.AZ xəbər verir ki, istifadəçilər ondan məhdudiyyətsiz istifadə edə bilirlər.
Xatırladaq ki, “TikTok”un Azərbaycanda fəaliyyəti sentyabrın 19-da məhdudlaşdırılmışdı.
Qeyd edək ki, həmin ərəfələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırmışdı.