Azərbaycanda un bahalaşdı
Azərbaycanda un bahalaşıb.
BEY.AZ xəbər verir ki, bu barədə Xezerxeber.az məlumat yayıb. Bildirilib ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.
Qiymət artımını satıcılar da təsdiqləyirlər. Qiymət artımına əsas səbəb isə məhsulun azlığı göstərilir.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |