Azərbaycanda yeni nazirlik yaradıldı – SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
BEY.AZ Apa-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılıb.
Qeyd olunub ki, Naxçıcan MR Nazirlər Kabineti iki ay müddətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmıəlidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov Rahid Ələkbərlinin Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini təyin edilməsi haqqında da sərəncam imzalayıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Zahid oğlu Ələkbərliyə həvalə edilib.