fbpx

Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı 32 % artıb



Bu ilin yanvar-avqust aylarında Azərbaycandan hava nəqliyyatı ilə 37 ölkəyə 2 milyon 233 min 261 nəfər səfər edib.

BEY.AZ Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 ölkə (15,6 %) və 32,1 % çoxdur.

8 ayda Azərbaycandan ən çox sərnişin 602 min 569 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 27 % çoxdur.

Siyahıda Rusiyanı Türkiyə (590 min 735 nəfər sərnişin, + 17,4 %) və Birləşmiş Ərəb Əmirlikləri (268 min 779 sərnişin, +37,7 %) izləyib.

Daha sonra, Gürcüstan 132 839 sərnişin (+ 39,1 %), Səudiyyə Ərəbistan 84 609 sərnişin (+ 16,4 %), Hindistan 69 372 (+ 6,3 dəfə), Qazaxıstan 61 953 sərnişin (+28,1 %), Qətər 41 768 sərnişin (+ 2 dəfə), İtaliya 41 325 sərnişin (+2 dəfə) və Küveyt 34 229 sərnişin (+ 30,5 %) qərarlaşıb.

İlk onluğa Hindistanla, Qətər və İtaliya daxil olaraq Özbəkistanı (28 018 sərnişin, -32,7 %), İsraili (25 902 sərnişin, – 16,3 %) və Almaniyanı (20 156 sərnişin, – 14,1 %) siyahıdan çıxarıb.

Təkcə avqustda isə Azərbaycandan 396 min 955 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 23,8 % çoxdur. O cümlədən, ay ərzində Türkiyəyə səfər edənlərin sayı illik müqayisədə 5 % artaraq 106 min 685 nəfər olub.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin