Azərbaycandan xaricə uçuşların sayı artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 36 ölkəyə 14 915 aviareys təşkil olunub.
BEY.AZ Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə (12,5 %) və 2 546 aviareys (20,6 %) çoxdur.
Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 4 342 reys təşkil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % çoxdur.
İyul ayında Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 12,6 % artaraq 2 645 təşkil edib. Ötən ay Rusiyaya 718 reys təşkil olunub ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 10,1 % çoxdur.
7 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 3 322 reys olub ki, bu da illik müqayisədə 7,2 % çoxdur.
İlk üçlüyə 1 752 reyslə (+33,1 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 163 (35 % çox), Səudiyyə Ərəbistanı 508 (4,9 % az) , Qazaxıstan 460 ( 5 % çox), Hindistan 373 (7,4 dəfə çox) , Qətər 345 (63,5 % çox), Küveyt 248 (24,6 % çox) və Özbəkistan 246 (56 % az) daxil olub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |