Azərbaycanın ABŞ ilə ticarəti 75% artdı
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 717,7 milyon dollar təşkil edib.
BEY.AZ-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,3% çoxdur.
Hesabat dövründə Azərbaycandan ABŞ-yə ixrac 103,3 milyon dollar təşkil edib. Azərbaycanın ABŞ-dən idxalının dəyəri isə 614,3 milyon dollar olub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |