Azərbaycanın basketbol millisi yenə məğlub oldu
Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.
BEY.AZ xəbər verir ki, B qrupunda Böyük Britaniya ilə qarşılaşan millimiz 51:97 hesabı ilə məğlub olub.
Qeyd edək ki, seçməmiz dünən ilk oyunda Portuqaliyaya 34:90 hesabı ilə uduzub. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığma Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |