fbpx

Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazandı



Azərbaycan cüdoçusu Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

BEY.AZ-ın məlumatına görə, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əlizadə Azərbaycanın aktivinə ikinci qızıl medalı yazıdırıb.

O, finalda gürcüstanlı Nino Loladzeni üstələyib.

Qeyd edək ki, daha öncə Könül Əliyeva (48 kq) qızıl medala sahib çıxıb. Nizami İmranov (60 kq) isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.

***

17:47

Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

BEY.AZ-ın məlumatına görə, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əliyeva Azərbaycanın aktivinə ilk qızıl medalı yazıdırıb.

O, həlledici görüşdə Zilan Ertemi (Türkiyə) məğlub edib.

Finalda Nazar Viskova (Ukrayna) uduzan Nizami İmranov (60 kq) gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin