Azərbaycanın Fransa ilə ticarəti 55% azaldı
Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu ilin yanvar-iyul aylarında 197,1 milyon dollar təşkil edib.
BEY.AZ-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,6% azdır.
Hesabat dövründə ölkədən Fransaya ixrac 62,5 milyon dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 134,5 milyon dollar olub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |