fbpx

Azərbaycanın hərbi prokuroru Tatarıstanda görüşlər keçirdi

Rüya Yorumları burda


Rusiya Baş prokurorunun müavini – Rusiyanın Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti V.G.Petrovun, onun müavini ədliyyə general-leytenantı S.A.Zaryayevin və digər vəzifəli şəxslərin müşayiəti ilə Tatarıstanda səfərdə olublar.

Hərbi Prokurorluğun mətbuat xidmətindən BEY.AZ-a bildirilib ki, səfərdə məqsəd Mərkəzi Hərbi Dairənin Kazan Qarnizonu Hərbi Prokurorluğunun nümunəsində Rusiyanın Hərbi Prokurorluq orqanları sisteminə daxil olan qarnizon hərbi prokurorluqlarının strukturu, fəaliyyəti və iş prinsipləri ilə yaxından tanış olmaq, eləcə də təcrübə və fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində əvvəlcə hər iki ölkənin hərbi prokurorunu Tatarıstanın Rəisi Rüstəm Minnixanov qəbul edib.

Görüş zamanı R.N.Minnixanov ölkələrimiz və xalqlarımız arasında olan doğmalıqdan, yaxın dostluq münasibətlərindən və bu əlaqələrin daha da dərinləşməsindən, Azərbaycanın dövlət başçısı ilə aralarında olan səmimiyyətdən bəhs edilib. Dövlətlər arasındakı əlaqələrin genişlənməsində və yüksələn xətt üzrə inkişaf etməsində Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü müstəsna işlərin əhəmiyyətindən danışılıb.

Qəbula görə R.N.Minnixanova minnətdarlığını bildirən ədliyyə general-leytenantı Xanlar Vəliyev millətlərimiz arasında olan qardaşlıq münasibətlərindən, bu münasibətlərin daha da möhkəmlənməsindən, Prezident İlham Əliyevlə Rüstəm Minnixanovun bir-birinə olan qarşılıqlı rəğbətindən söhbət açıb.

Hərbi prokuror görüşdə 2023-cü il iyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində keçirilən görüşü xatırladaraq, Rusiya Prezidenti Vladimir Putinlə dövlətimizin başçısı İlham Əliyev arasında səmimi münasibətlərin olduğunu xüsusi vurğulayıb.

Rüya tabirlerini burdan oku

Sonra Xanlar Vəliyev Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 ildə daha da qüdrətlənməsindən, əldə edilən misilsiz uğurlardan, o cümlədən Vətən müharibəsində qazanılan möhtəşəm hərbi-diplomatik qələbədən, uzun müddət işğal altında olan dədə-baba torpaqlarımızın azad edilməsindən, bir sutkadan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi ərazilərimizin erməni quldurlarından təmizlənməsindən və beləliklə də, ərazi bütövlüyümüzün bərpa olunmasından, sadalanan uğurlara Birinci vitse-prezident Mehriban xanım Əliyevanın verdiyi töhfələrdən bəhs edib.

Səfər çərçivəsində Kazan Qarnizonu Hərbi Prokurorluğunun inzibati binasında prokurorluğun iş şəraiti və fəaliyyəti ilə yaxından tanış olan nümayəndə heyətinə Kazan Qarnizonu Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı M.D.Tsırenov prokurorluğun fəaliyyət dairəsi və istiqamətləri, görülmüş işlər və əldə edilmiş nailiyyətlər, vətəndaşların və hərbi qulluqçuların qəbulu, müraciətlərinə baxılması, təhqiqat orqanlarından daxil olan araşdırma materiallarının öyrənilməsi qaydaları və xidməti fəaliyyətə aid olan digər məsələlər barədə ətraflı məlumat verərək təcrübə və fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti, həmçinin Kazan Federal Universitetində, eləcə də Kazan Kremlində, “Qol Şərif” məscidində, “Tanrı Anasının Kazan İkonası” Məbədində, “Qələbə” parkında və digər tarixi-mədəni yerlərdə olublar. Bununla da Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri başa çatıb.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu