fbpx

Azərbaycanın iki boksçusu qələbə qazandı



Azərbaycanın daha iki boksçusu Bakıda Beynəlxalq Boks Assosiasiyasının (IBA) təşkil etdiyi Çempionlar Gecəsində qələbə qazanıb.

BEY.AZ xəbər verir ki, +92 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmmədrəsul Məcidov qazaxıstanlı Nursultan Amanjolovu, Məhəmməd Abdullayev isə kolumbiyalı Kristian Salsedonu məğlub edib.

Daha əvvəl Azərbaycanın digər boksçuları Nicat Hüseynov (51 kiloqram) və Sərxan Əliyev (71 kiloqram) rinqdən qalib kimi ayrılıblar.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutub. Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunublar.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin