Azərbaycanın iki ölkədə səfirliyi fəaliyyət göstərmir
“Hazırda Azərbaycanın üç xarici ölkədə Liviya və Suriyada səfirlikləri, həmçinin Ukraynanın Odessa şəhərindəki baş konsulluğu fəaliyyət göstərmir”.
BEY.AZ xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2001-ci ildə “Diplomatik xidmət haqqında” qanun qəbul ediləndə Azərbaycanın təxminən 40-a yaxın diplomatik missiyası var idi:
“Bu gün isə 71 səfirlik, 5 daimi nümayəndə, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluğumuz fəaliyyət göstərir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |