Azərbaycanın millisinin heyətində dəyişiklik edildi
18 yaşadək (U-18) futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.
BEY.AZ xəbər verir ki, “Sumqayıt” klubunun futbolçusu Aftandil Arıxovun yerinə “Neftçi” komandasından Eldar Babayev yığmaya dəvət olunub.
Qeyd edək ki, U-18 aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb. Hazırlıq mayın 3-dək davam edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.