Azərbaycanın müdafiə naziri Macarıstanda səfərdədir
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib.
Bu barədə BEY.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Budapeşt şəhərində Macarıstan Respublikasının hərbi və siyasi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də müdafiə sənayesi şirkətlərini ziyarəti planlaşdırılır.
Müdafiə nazirinin rəsmi səfəri iyunun 29-dək davam edəcək.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |