fbpx

Azərbaycanın Qırğızıstana ixracı 5 dəfə artıb


2024-cü ilin yanvar-mart aylarında Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9 dəfə və ya 17 milyon 351 min ABŞ dolları artaraq 23 milyon 382 min ABŞ dolları təşkil edib.

BEY.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Qırğızıstanla ticarət dövriyyəsi Azərbaycanın I rübdə ümumi ticarət dövriyyəsinin 0.24%-ni təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Qırğızıstana ixracın həcmi 2023-ci ilin I rübü ilə müqayisədə 5 dəfə və ya 16 milyon 580 min dollar artaraq 20 milyon 816 min ABŞ dollarına, Qırxızıstandan Azərbaycana ixracın həcmi isə 42.9% və ya 770 min dollar artaraq 2 milyon 566 min ABŞ dollarına bərabər olub.

Bu dövrdə Azərbaycandan Qırğızıstana əsasən qeyri-neft məhsulları ixrac edilib.

Xatırladaq ki, 2024-cü ilin I rübündə Azərbaycanın ümumi ticarət dövriyyəsi 9 milyard 695 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 673 milyon 709 min ABŞ dolları təşkil edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin