Azərbaycanın sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı
Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb.
BEY.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bidlirilib ki, dekabrın 9-da saat 17:30-da DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Zehioua Mohamed El Amine, 1990-cı il təvəllüdlü Hamdani Hamza, 1993-cü il təvəllüdlü Boumaali Sid Ali, 1999-cu il təvəllüdlü Cherichi Hichem və 2003-cü il təvəllüdlü Nebab Aimen dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |