fbpx

Azərbaycanın “Su-25” təyyarələrinin modernizasiyası tamamlanır



Azərbaycanın “Su-25” təyyarələrinin modernizasiya prosesi tamamlanır.

BEY.AZ xəbər verir ki, bunu Bakıda keçirilən ADEX-2024 silah sərgisində iştirak edən Türkiyənin TUSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlıu “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, modernizasiyanın birinci mərhələsi başa çatıb: “İkinci mərhələ isə davam edir. Yaxın gələcəkdə proses başa çatacaq”.

M.Demiroğlu, həmçinin söyləyib ki, Azərbaycan Türkiyənin “Hürkuş” təyyarələri ilə yaxından maraqlanır: “Bu layihə ilə bağlı bir çox icazə tamamlanıb. Sadəcə, bir neçə addım qalıb. Onu da bir neçə aya tamamlayacağıq. Bundan sonra, gələn ilin əvvəlində “Hürkuş” Azərbaycan səmasında uçacaq”.

TUSAŞ rəhbəri deyib ki, Azərbaycan və Türkiyə “iki dövlət, bir millət” şüarı ilə hərəkət edir: “Bizim nəyimiz varsa, onlar həm də Azərbaycanındır. Birlikdə çalışmaq üçün əlimizdən gələni edirik və edəcəyik. Bu sərgidə iştirak etməkdən məmnunam. Həm TUSAŞ, həm də Azərbaycan üçün gözəl günlər gözlənilir”.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin