fbpx

Azərbaycanın UEFA reytinqindəki mövqeyi bilindi



Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməz olaraq qalıb.

BEY.AZ-ın məlumatına görə, UEFA Avropa Liqasının Liqa mərhələsinin birinci turunda İngiltərənin “Tottenham” klubuna 0:3 hesabı ilə məğlub olan “Qarabağ” bu nəticə ilə ölkənin UEFA əmsalına müsbətbir töhfə verə bilməyib. Bu məğlubiyyətə baxmayaraq, Azərbaycan UEFA reytinqində 26-cı sıradakı mövqeyini qoruyub saxlayıb.

Azərbaycanın hazırkı ümumi UEFA əmsalı 19,125-dir və son oyunlar bu rəqəmi artırmağa yetərli olmayıb. Bu əmsal son illərdə ölkənin avrokuboklardakı təmsilçilərinin nəticələri əsasında formalaşıb. Xüsusən “Qarabağ”ın uzun illər ərzində qrup mərhələlərində mübarizə aparması Azərbaycanın UEFA reytinqindəki əmsalını qoruyub saxlamağa kömək edib. Lakin bu mövsüm daha yüksək nəticələr əldə edilməsi reytinqin yüksəlməsi üçün vacibdir.

Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinin zirvəsində İngiltərə qərarlaşıb. Hazırda İngiltərənin ümumi UEFA əmsalı 89.303-dür.

UEFA reytinqi, ölkələrin avrokuboklarda qazandıqları xal əsasında tərtib olunur və hər ölkənin futbol liqasına təsir göstərir. Yüksək reytinqə malik ölkələrdən olan komandalar daha çox avrokuboklarda birbaşa iştirak etmək şansı əldə edir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin