fbpx

Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu oldu



Azərbaycanın yunan-Roma güləşi millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Federasiyadan BEY.AZ-a verilən məlumata görə, böyük məşqçi Taleh İsrafilov və məşqçilər Rasim Ağayevlə Elbrus Məmmədovun rəhbərliyi altında yarışa qatılan komandamızın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.

Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionluğunu qazanıb. Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.

Beləliklə, U-17 yunan-Roma güləşi yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub.

Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.

Qeyd edək ki, millinin heyətində Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev Avropa çempionu olub. Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov bürünc medal qazanıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin