Azərbaycanla BMT-nin İqlim Katibliyi arasında memorandum imzalandı
Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
BEY.AZ xəbər verir ki, bu barədə COP29-un “X” hesabında paylaşım edilib.
Memorandum Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.
Sənəd həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturunu əks etdirir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |