fbpx

Azərbaycanla Çinin ticarət dövriyyəsi 750 mln. dollara çatır

Rüya Yorumları burda

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.8% və ya 123 milyon 763 min ABŞ dolları artaraq 748 milyon 785 min ABŞ dolları təşkil edib.

BEY.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Çinlə ticarət dövriyyəsi Azərbaycanın I rübdə ümumi ticarət dövriyyəsinin 5.31%-ni təşkil edib.

Hesabat dövründə Çindən Azərbaycana ixracın həcmi 743 milyon 728 min ABŞ dollarına, Azərbaycandan Çinə ixracın həcmi isə 5 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanla Çinin ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 43.7% və ya 942.5 milyon ABŞ dolları artaraq 3 milyard 101.5 milyon ABŞ dolları təşkil edib.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, 2024-cü ilin I rübündə Azərbaycanın ümumi ticarət dövriyyəsi 9 milyard 695 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 673 milyon 709 min ABŞ dolları təşkil edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu