Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
Biz Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq.
BEY.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Cənab Paşinyanın yanaşmasına nəzər saldıqda onun heç bir mənfi ab-havası görünmür. Türkiyə olaraq bizdən Ermənistanla Azərbaycan arasında sülh sazişini təmin etməyimizi istəyirlər ki, onlar da sülh içində qonşu kimi yaşaya bilsinlər. Biz artıq bunun arxasınca gedirik”, – Türkiyə lideri vurğulayıb.
Ərdoğan Azərbaycanla Ermənistan arasındakı bir sıra məsələlərin həll ediləcəyinə inamını ifadə edib: “Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasındakı bu məsələləri mərhələli şəkildə həll edə bilərik. Hər iki tərəf əslində sülhün tərəfdarıdır. Hazırda Azərbaycan belə bir gözləntidədir və səy göstərir. İnanırıq ki, yaranacaq sülh və əmin-amanlıq mühiti hamı üçün ən yaxşısı olacaq. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər üçün qapı açacaq. Sülh prosesinin nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də müsbət təsir göstərəcək”.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |