fbpx

Azərbaycanlı iş adamı Moskvada öldürüldü

Rüya Yorumları burda


43 yaşlı azərbaycanlı iş adamı Emin Quliyev Moskva yaxınlığındakı Reutovoda atıcılıq poliqonunda 17 yaşlı oğulluğu tərəfindən ehtiyatsızlıqdan öldürülüb.

BEY.AZ xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Məlumata görə, oğlu atış edərkən onun fotosunu çəkməyən çalışan Emin Quliyev sinəsinə tuş gələn güllə səbəbindən hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı poliqonun inzibatçısı 51 yaşlı Mixail Aborin saxlanılıb. İnzibatçı 11-ci sinif şagirdinə pasportunu göstərməyi belə tələb etmədən və xidmət göstərilməsi üçün müqavilə bağlamadan atəş açmağa icazə verib.

Faktla bağlı “İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən, ehtiyatsızlıqdan ölümlə nəticələnən xidmətlər göstərmə” maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi Moskva vilayətinin İstintaq Komitəsinin nəzarətindədir.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu