Azərbaycanlı müğənni geyiminə görə efirə buraxılmadı
Müğənni Səidə Dadaşova “Xəbərin var?” verilişində açıqlaması ilə diqqət çəkib.
BEY.AZ xəbər verir ki, müğənni geyiminə görə verilişlərin birinə buraxılmadığını deyib:
“Məni paltarıma, aksessuarıma görə efirə buraxmadılar. Dedilər ki, paltarın demodedir, dəbdən düşmüşdür. Halbuki 30 ildir bu sənətdə fəaliyyət göstərirəm. Mən açıq-saçıq geyinsəm, daha gözəl görünərmişəm. Bunu kamera arxasındakı, özünə dırnaqarası stilist deyən biri dedi. Efirə çıxmadım, icazə vermədilər.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |