fbpx

Azərbaycanlı nazir ABŞ-də ikitərəfli görüşlər keçirəcək


Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

BEY.AZ xəbər verir ki, nazir 19 aprel tarixində Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının Dayanıqlılıq Həftəsi çərçivəsində təşkil olunacaq “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda tematik müzakirələrdə iştirak edəcək.

Tədbirdə enerji əlçatanlılığı, dekarbonizasiya sistemlərinə keçid, enerji bağlantıları, bərpa olunan enerji mənbələrinə investisiyaların təşviqi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin