Azərbaycanlı polkovnik Türkiyədə vəzifəyə təyin edildi
Azərbaycanla kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru polkovnik Rəşad Tahirov Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb.
BEY.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qardaş ölkənin Milli Müdafiə Universitetinin prorektoru, professor Tələt Canbolat isə Azərbaycan Milli Müdafiə Universitetində vəzifəyə təyin olunub.
R.Tahirov və T.Canbolatın fəaliyyət müddəti bir il nəzərdə tutulub.
Bildirilib ki, iki ölkə arasında hərbi təlim, yardım və məsləhətləşmə fəaliyyətləri davam edir.