fbpx

“Azərbacanın Təl-Əvivdə səfirlik açması normaldır”​

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qafqazda baş verən proseslər Təl-Əvivdə Azərbaycan səfirliyinin açılmasına səbəb oldu”.

Metbuat.az xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani İLNA-ya müsahibəsində deyib:

“İndiki şəraitdə Tehranla Bakı arasında yenidən qarşılıqlı etimad yaranmalıdır ki, ikitərəfli münasibətlər prosesi öz ilkin məcrasına qayıtsın”. O, Azərbaycanın İsraildə səfirliyinin açılması qərarının səbəblərini və aspektlərini şərh edib:

Rüya tabirlerini burdan oku

“Diplomatik praktikada bir dövlətin başqa ölkədə səfirlik açması həmin hökumətin xarici siyasəti ilə bağlıdır. Bundan çıxış edərək, Azərbaycanın İsraildə səfirlik açmağa hazırlaşması Bakıya görə tamamilə normal sayılır. Çünki Təl-Əvivlə Bakı arasında 30 ildən artıq əlaqələr var və indi Azərbaycan belə bir addım atıb”.

O deyib: “Nəzərə alaq ki, bu müddət ərzində İsrailin Azərbaycana silah dəstəyi də mühüm komponent sayılır. Həm də, 30 il öncə Bakıda İsrail səfirliyi açıldığı halda, Azərbaycan İranın İsrailə qarşı həssaslığına görə Təl-Əvivdə səfirlik açmaqdan imtina etməyə çalışıb…”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu