“Azərbaycan ərazisində ikinci bir dövlət yaranmasına imkan verməyəcək”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycan heç bir beynəlxalq norma və qanunları pozmur. Dəfələrlə Qarabağdakı terrorçu ünsürlərə silahı təhvil vermək, təslim olmaq və yaradılmış dəhliz vasitəsilə Azərbaycan və yaxud icma rəhbərlərinin məhz danışığa gəlməsi təklif olunsa da, buna məhəl qoymadılar. Mina terroru nəticəsində 7 nəfər gəncimiz dünyasını dəyişdi. Azərbaycan Müdafiə Nazirliyinin lokal antiterror tədbirlərinə başlaması Azərbaycanın öz suveren hüquqlarından istifadə etməsidir”.
Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. Lokal antiterror tədbirləri barədə fikir bildirən millət vəkili dedi ki, beynəlxalq qurumlar, təşkilatlar, hətta Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken səviyyəsində cənab Prezident İlham Əliyevə müraciətlər olsa da, Ali Baş komandanın onlara verdiyi cavab olduqca məntiqli və beynəlxalq norma və qanunlara uyğun idi:
“Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında vurğuladı ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Dövlətimizin başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını dedi. Bu o deməkdir ki, Xankəndi Azərbaycan qanunlarına, Azərbaycan Konstitusiyasına uyğun olaraq fəaliyyət göstərməlidir. Bu, bizim qəti qərarımızdır və heç bir beynəlxalq qurum da qərarımızın əleyhinə gedib bu qərarı ləğv edə bilməz”.
Deputat xüsusilə vurğuladı ki, Ermənistan və terrorçuların havadarları bilməlidir ki, Azərbaycan ərazisində ikinci bir dövlət yaranmağa heç kim imkan verməyəcək.
Arzu Nağıyev qeyd etdi ki, dəfələrlə delimitasiya, demarkasiya ilə bağlı təkliflər olsa da, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün atılan humanist addımlara laqeyd münasibət bəsləyən ermənilər bilməlidir ki, bunun sonu nə ilə bitəcək:
“Çünki Qarabağ Azərbaycandır! Xankəndi Azərbaycandır! Burada hansısa qondarma qurumların bayraq qaldırılması, qeyri-legitim seçkilər keçirməsi heç vaxt olmayıb, olmayacaq da. Bütün sərhəd bölgələrində istənilən aqressiya, istənilən təxribata cavab verməyə Azərbaycan ordusu hazırdır. Bütün Azərbaycan xalqı hazırdır. Cəmiyyətin birmənalı şəkildə məramı birdəfəlik bu terror ocağının, terror yuvasının məhv olunmasıdır. Artıq bu məsələyə son qoyulmasının vaxtı gəlib çatıb. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xankəndində də biz konstitusion hüquqlarımızı tam şəkildə bərpa edəcəyik. Dövlət və dövlətçilik istiqamətində bütün addımları atacağıq”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #ərazisində #ikinci #bir #dövlət #yaranmasına #imkan #verməyəcək