fbpx

Azərbaycan 4 günlük iş həftəsinə keçə bilər?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycan üçün 4 günlük iş həftəsinə keçid hələ tezdir. Bu indi baş verərsə, maddi nemətlər istehsalı kəskin aşağı düşə bilər”.

Metbuat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Qazaxıstanın 4 günlük iş həftəsinə keçidlə bağlı qəbul etdiyi qanunun ardınca Azərbaycanın da anoloji addım atması ehtimalını şərh edərkən deyib.

Ekspert bildirib ki, hazırda nə Azərbaycan, nə də Qazaxıstan buna hazırdır:

Rüya tabirlerini burdan oku

“Qazaxıstanın bu qərarı sadəcə olaraq təbliğat xarakteri daşıyır. 4 günlük iş həftəsinə keçmək üçün ölkə iqtisadiyyatında texnologiya və maşınqayırma sənaye sahələri sürətlə inkişaf etməlidir. Həmin sahələrdə robotlaşma getməlidir. Məhz bu fonda insan əməyindən istifadə azalır. Bu halda bir tərəfdən vətəndaşın az işə görə maaşı artır, digər tərəfdən də iş gününün sayı azalır.

Hazırda nə Azərbahycan, nə də Qazaxıstan buna hazırdır. Bunun üçün maddi nemətlər istehsalında insan əməyinin müdaxiləsinin həcmi 30-40 faizə düşməlidir. Azərbaycan və Qazaxıstanda hazırda bu rəqəm 80 faizin üstündədir. Yəni demək olar ki, kustar əməklə məşğuluq. Ona görə də düşünürəm ki, indiki halda Qazaxıstan və Azərbaycan kimi ölkələr 4 günlük iş həftəsinə keçsə, bu vəziyyət ölkələrin maddi nemətlər istehsalında ciddi problemlər yaradacaq. Çünki həmin sənaye texnologiyası hələlik nə Azərbaycanda, nə də Qazaxıstanda var”.

Qeyd edək ki, Qazaxıstan parlamenti 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul edib. Qanun iyul ayından tətbiq edilməyə başlayacaq. Qanuna görə, zəruri hallarda müəssisələr 4 günlük iş həftəsi tətbiq edə bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #günlük #iş #həftəsinə #keçə #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu