Azərbaycan “8-ci Berlin Enerji Keçidi Dialoqu”nda təmsil olunacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Energetika naziri Pərviz Şahbazov Almaniyanın xarici işlər naziri Annalena Berbok, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin dəvəti ilə bu ölkəyə səfər edib.
Bu barədə Metbuat.az-a Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazir martın 29-30-da təşkil olunacaq “8-ci Berlin Enerji Keçidi Dialoqu” adlı beynəlxalq konfransda iştirak edəcək, tədbirin açılış günü baş tutacaq “Ədalətli və sosial enerji keçidinin təkanverici amilləri” mövzusunda panel müzakirələrinə qatılacaq.
Sözügedən konfrans 2015-ci ildən keçirilir, 70-dən çox xarici işlər və energetika nazirinin, digər yüksək səviyyəli nümayəndələrin, eləcə də 130-dan çox dövlətdən 20 mindən çox virtual iştirakçının qatıldığı qlobal enerji keçidinə həsr olunmuş əsas beynəlxalq tədbirdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.