fbpx

Azərbaycan aeroportları ilə sərnişin axını 2 dəfə artıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-aprel aylarında Azərbaycanın beynəlxalq hava limanları 900 minə yaxın sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 2 dəfə çoxdur.

Metbuat.az-a bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən xəbər verilib.

Məlumata görə, təkcə ötən ay isə sərnişin axını 247,5 min nəfər təşkil edib ki, onların 197 min nəfəri paytaxt hava limanı vasitəsilə uçan və ya gələn sərnişinlərin payına düşür.

Rüya tabirlerini burdan oku

Bakı hava limanının əsas aviadaşıyıcıları olan “AZAL” və “Buta Airways” aviaşirkətləri – müvafiq olaraq 350 və 114 min sərnişin daşımışdır ki, bu da ümumilikdə xidmət göstərilən sərnişinlərin ümumi payının 51%-ni təşkil edib.

2022-ci ilin aprel ayında 23 xarici aviaşirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib. Aviadaşıyıcıların sayının azalması Rusiya aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata keçirməsinin dayandırılması ilə bağlıdır.

Aprel ayında Bakıdan ən populyar istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Minsk, Ankara, İzmir, Frankfurt, Əbu-Dabi və Aktau şəhərləri daxil olublar.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır. Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə “5 ulduz” reytinqinə layiq görüb. Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVİD-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu