fbpx

Azərbaycan Argentinaya nota verdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


11 sentyabr 2023-cü il tarixində Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfiri Marianxeles Belluşi Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-dən Metbuat.az-a verilən xəbərə görə, görüş zamanı, Argentina Prezidenti Alberto Fernandesin 10 sentyabr 2023-cü il tarixində Nyu Delhi şəhərində G20 Sammiti zamanı ölkəmizə qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı XİN-in etiraz notası Argentina səfirinə təqdim edilib.

Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına əsaslanaraq bölgədəki reallıqları təhrif edən, suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı terminalogiyanın əks olunduğu bu kimi əsassız fikirlərin səsləndirilməsinin təəssüf doğurduğu bildirilib.

Rüya tabirlerini burdan oku

Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması məqsədilə alternativ yollardan, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə təklifləri, göndərilən ərzaq məhsullarının hələ də qəbul edilməməsi, vəziyyətin Ermənistanın iddia etdiyi kimi humanitar deyil, siyasi xarakter daşıdığını nümayiş etdirdiyi bildirilib.

Bu xüsusda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bəyanatlardan çəkinilməsinin vacib olduğu Argentina tərəfinin diqqətinə çatdırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #Argentinaya #nota #verdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu