fbpx

Azərbaycan Avropaya boru kəməri ilə qaz tədarükçüləri sırasında ilk 5-likdə yer alıb

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

2023-cü ilin birinci rübündə Azərbaycan “Trans-Adriatik” qaz kəməri (TAP) ilə Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz və ya 2,8 milyard kubmertrədək artırıb. 2023-cü ilin birinci rübündə Aİ-nin ümumi qaz idxalında (boru kəmərləri və mayeləşdirilmiş formada) Azərbaycanın payı əvvəlki rübdəki 3 faizdən 4 faizə qədər artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Avropanın qaz bazarında vəziyyətə dair rüblük hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, birinci rübdə Aİ boru kəmərləri vasitəsilə 42,2 milyard kubmetr qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz azdır.

Yanvar-mart aylarında Avropaya boru kəməri ilə qaz tədarükçülərinin ilk beşliyinə Norveç – 21,7 milyard kubmetr (53 faiz pay), Şimali Afrika (Əlcəzair və Liviya) – 7,3 milyard kubmetr (18 faiz), Rusiya – 5 milyard kubmetr (12 faiz), Böyük Britaniya – 4,4 milyard kubmetr (11 faiz) və Azərbaycan – 2,8 milyard kubmetr (7 faiz) daxil olub.

2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz – 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr və ya 39 faizdən çox qaz ixrac olunub. 2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #Avropaya #boru #kəməri #ilə #qaz #tədarükçüləri #sırasında #ilk #5likdə #yer #alıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu