fbpx

Azərbaycan banklarına 6 ay vaxt verildi

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Gələn il martın sonuna qədər Azərbaycan bankları Mərkəzi Bankın (AMB) təsdiqlədiyi “Banklarda Korporativ İdarəetmə Standartları”na uyğun olaraq yeni strateji planını hazırlamalı və onu tənzimləyici quruma təqdim etməlidirər.

AMB-dən Metbuat.az-a verilən məlumata görə, bundan başqa, banklar hər üç aydan bir standartların tətbiq səviyyəsini qiymətləndirərək, nəticələrini quruma kommunikasiya etməlidirlər.

“Bank nəzarəti üzrə Bazel Komitəsinin tələbələrində qeyd edildiyi kimi, effektiv korporativ idarəetmə tələblərinin tətbiqi bankların risk əsaslı fəaliyyətini təmin etməklə, bütövlükdə maliyyə sabitliyi üçün zəruridir.

Bu çərçivədə, “Banklarda Korporativ İdarəetmə Standartları” AMB-nin İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli qərarı ilə qəbul edilib və senyabrın 8-dən qüvvəyə minib. Standartların qəbulunda əsas məqsəd bankların idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini dəqiq müəyyən etməklə, onların işinin etibarlılıq, şəffaflıq, hesabatllılıq, məsuliyyətlilik prinsiplərinə uyğun təşkilinə nail olunmasıdır”, – AMB-dən bildirilib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, yeni standartların qəbulunadək banklarda korporativ idarəetmə standartlarına dair normativ tələblər “Banklarda korporativ idarəetmə Standartları”, “Banklarda risklərin idarə olunması haqqında Qaydalar” və “Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar” ilə tənzimlənirdi. Sözügedən hüquqi aktlardan ilk ikisi 2013-cü ildə qəbul edilib, 2019-cu ildə isə ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası həmin qaydalara müəyyən dəyişikliklər edib. Daxili nəzarət və auditə dair qaydalar isə 1999-cu ildə qəbul edilib və onlara həmin dövrdən sonra yalnız texniki dəyişikliklər edilib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #banklarına #vaxt #verildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu