Azərbaycan Baş nazirin müavini ICCIA rəhbərləri ilə görüşüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının (ICCIA) rəhbərləri ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə 17-18 iyul tarixlərində Bakı şəhərində keçirilən ICCIA Direktorlar Şurasının 35-ci iclası ətraflı müzakirə olunmuş və gələcəkdə ölkəmizin bütün İslam Dünyası üçün ticarət və investisiya baxımından diqqət mərkəzinə çevrilməsinin vacibliyi xüsusilə qeyd olunub.
Azərbaycanda aparılan iqtisadi, struktur və institusional islahatlar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması məqsədilə görülən tədbirlər barədə danışılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #Baş #nazirin #müavini #ICCIA #rəhbərləri #ilə #görüşüb