fbpx

Azərbaycan beynəlxalq mədəniyyət festivalında qalib oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


İstedadlı gənc müğənni 11 yaşlı Kamilla Məmmədzadə “EXPO 2020-Dubai” sərgi çərçivəsində keçirilən beynəlxalq mədəniyyət və talant festivalında qalib olub.

Ölkəmizi beynəlxalq layihələrdə layiqincə təmsil edən Kamila Məmmədzadə “EXPO-2020” səhnəsində “Dance” (“Rəqs”) mahnısı ilə çıxış edərək münsiflər heyətindən topladığı yüksək ballara görə 8-12 yaş qrupuna aid olan iştirakçılar arasındabirincilik qazanıb. O, eyni zamanda uşaqların hüquqları mövzusunda hazırladığı “Ən yaxşı sosial çarx”a görə də mükafatla təltif olunub.

Festivalda qalib olan Kamilla Məmmədzadə Malayziya və Amerika Birləşmiş Ştatlarında keçiriləcək nüfuzlu beynəlxalq layihlərə vəsiqə əldə edib.

Qeyd edək ki, “EXPO-2020 Dubai” sərgi çərçivəsində baş tutan sayca 20-ci festivalda Azərbaycan, Gürcustan, Qazaxıstan, Ukrayna, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya, Monqolustan, Şri-Lanka, Hindistan, Livan, Kenya, Uqanda və digər ölkələrdən 4-16 yaş arasında olan 70-dən çox iştirakçı qatılıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin