Azərbaycan boksçusu Kənan Babayev Avropa birinciliyinin finalında
BEY.AZ informasiya agentliyi xəbər verir
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşlərinə start verilib.
Metbuat.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Kənan Babayev çıxıb. Əvvəlki mərhələlərdə türkiyəli Telet Yağlı və gürcüstanlı Oruc Əhmədova qalib gələn ölkə çempionu yarımfinalda irlandiyalı Tedi Coysla qarşılaşıb. Turnirdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan K.Babayev rəqibini 5:0 (28:27, 28:27, 29:26, 28:27, 28:27) hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Bununla da Azərbaycan yığması 3 illik fasilədən sonra analoji yarışın həlledici görüşündə təmsil olunacaq.
Qeyd edək ki, K.Babayev aprelin 21-də keçiriləcək çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.