fbpx

Azərbaycan ciddi addımlar atmalıdır – Cənubi Qafqazda sabitliyi pozmağa cəh edən maraqlı qüvvələr var / ŞƏRH

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Fərrux kəndinin ətrafında baş verən hadisələr, Azərbaycan ordusunun öz torpaq bütövlüyünü və təhlükəsizliyi təmin etmək üçün yürütdüyü əməliyyatlar çərçivəsində cərəyan etdi. Bu çərçivədə Azərbaycan hər hansı bir anlaşma və ya müqavilələri pozmamışdır. O ki qaldı Rusiya Müdafiə nazirinin açıqlamasına, buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin qarşı tərəfə etdiyi bəyanat da mənə görə çox yerində və doğru addım idi. Bakı Moskvaya bir daha xatırlatdı ki, “Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.” Məsələ ondadır ki, 22 fevral 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanan Müttəfiqlik müqaviləsinə əsasən, tərəflər bir- birinin torpaq bütövlüyünü tanımalı, ölkə ərazilərindəki separatizm və digər hərəkətlərə qarşı ortaq qərarla hərəkət etməlidirlər. Amma görünən odur ki, Rusiyada hələ də biriləri xüsusilə Müdafiə Nazirliyi daxilində xəyallar quraraq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq yerinə qondarma rejimin Azərbaycan ərazilərinin ermənicə “Dağlıq Qarabağ”adlandırmağa davam edirlər. Bu qətiyyən yolverilməzdir”.

Politoloq deyir ki, son günlər Azərbaycan Ordusunun bölmələrinin idarə etdiyi mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesi olduqca düzgün yerində metoddur. Bu proses beynəlxalq hüquq çərçivəsində də öz yerini tapmışdır.

Rüya tabirlerini burdan oku

Toğrul İsmayıl xüsusilə vurğuladı ki, bu müddətdə Azərbaycanın Türkiyə tərəfindən daima dəstəklənmişdir. Amma görünən odur ki, Cənubi Qafqazda olan sabitlik mühiti bəzilərinin qıcığına səbəb olur. Onlar cəhd edirlər ki, müəyyən təsirlər edərək aranı qarışdırsınlar.

“Xüsusilə Azərbaycan- Ermənistan arasında həmçinin Türkiyə – Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olanlar bəzi məsələləri ortaya atmağa cəhd edirlər. Amma qətiyyətlə bunu deyə bilərəm ki, Azərbaycan tərəfi Türkiyənin də dəstəyi ilə bu məsələnin həlli üçün lazımi addımları atacaqdır. Çünki bu məsələ ciddi məsələdir”.

Analitik onu da qeyd etdi ki, bəzi qüvvələr bölgədə yenidən Minsk qrupunun fəliyyətini diriltmək üçün cəhdlər etməyə maraqlı olsalar da bir şeyi anlamalıdırlar ki, Minsk qrupunun fəaliyyəti artıq bitmişdir.

“Azərbaycan öz gücü ilə işğal altında olan torpaqlarımızı azad edərək bölgəni erməni vandallarından təmizləyib ərazi bütövlüyünü bərpa etmişdir. Hazırda Minsk qrupunun yeganə işi Ermənistan üzərində təzyiq edərək Azərbaycanla sülh müqaviləsi nizamlanmaya məcbur etməkdən ibarətdir”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu