fbpx

Azərbaycan Cinayət Məcəlləsinə ekosidlə bağlı yeni maddə əlavə olunması təklif edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cinayət Məcəlləsinə “Ekosid” adlı yeni maddə əlavə edilməsini təklif edir.

Metbuat.az xəbər verir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin dekabrın 16-da keçirilən iclasında müzakirə aparılıb.

Kollegiyanın Cinayət sahəsi üzrə İşçi Qrupunun rəhbəri İlhamə Həsənova mövzu barədə məruzə ilə çıxış edib.

Rüya tabirlerini burdan oku

Təklifə əsasən, flora və ya faunanın kütləvi şəkildə məhv edilməsi, atmosferə, torpaq və ya su ehtiyatlarına mühüm ziyan vurulması, habelə ekoloji fəlakətə səbəb olan və ya səbəb ola biləcək digər hərəkətlər cinayət məsuliyyəti hesab olunmalıdır.

Bildirilib ki, bu sahədə beynəlxalq təcrübə də var. Belə ki, bir sıra ölkələrin qanunvericiliklərində cəzalar nəzərdə tutulur.

Sonra Rəyasət Heyəti təkliflə bağlı parlamentə müraciət etməyi qərara alıb.

Xatırladaq ki, 2022-ci ilin 3-7 dekabr tarixlərində Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Bundan sonra Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyalarına başlayıb və bir həftədən çoxdur ki, dinc aksiya davam edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #Cinayət #Məcəlləsinə #ekosidlə #bağlı #yeni #maddə #əlavə #olunması #təklif #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu