“Azərbaycan dəfələrlə bəyan edib” – Prezident sülh müqaviləsindən danışdı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq yollarının axtarışında Rusiyanı özünün əsas tərəfdaşı hesab edir”.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Mən artıq dedim ki, Vladimir Vladimiroviç Putin Qarabağda müharibənin dayandırılmasında, nizamlanmanın qaynar fazadan siyasi nizamlanma mərhələsinə keçirilməsində mühüm rol oynayıb və bu gün Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması yollarını tapmaqda bizim əsas tərəfdaşımızdır.
Bunun üçün imkanlar var. Azərbaycan dəfələrlə sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri əhatə edən sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu bəyan edib”, – deyə Azərbaycan Prezidenti qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.