fbpx

“Azərbaycan Dəmir Yolları” ilk dəfə qadın maşinistlər hazırlayacaq

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilk dəfə qadın maşinistlərin hazırlığına start verib.

Metbuat.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hazırlıq prosesi çərçivəsində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində stansiya növbətçisi ixtisasında təhsil alan qadın tələbələr ADY-də xüsusi təlimlərdən keçəcəklər. Təlimlərdən sonra imtahanı uğurla başa vuranlar dəmiryol nəqliyyatının idarə edilməsi üçün vəsiqə qazanacaqlar.

Peşə Təhsil Mərkəzinin bir qrup tələbəsi artıq Bakı Dəmiryol Vağzalında müasir sürət qatarlarının idarə edilməsi ilə yaxından tanış olub, burada ADY mentorları ilə söhbət aparıblar. Tələbə Ağsənəm Məmmədova bildirib ki, ən böyük arzularından biri Azərbaycan dəmir yollarında ilk qadın maşinist olmaqdır.

Tələbələrin ilkin olaraq istehsalat təcrübəsinə cəlb olunması nəzərdə tutulur.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #Dəmir #Yolları #ilk #dəfə #qadın #maşinistlər #hazırlayacaq

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin