fbpx

Azərbaycan dili fənni üzrə imtahana hazırlaşanlar üçün vəsait nəşr olunub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət İmtahan Mərkəzi Azərbaycan dili (dövlət dili) vəsaitinin təkmilləşdirilimiş nəşrini çap edib.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, vəsaitdən Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumtəhsil müəssisələrinin şagirdləri, müəllimləri və Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahana hazırlaşanlar istifadə edə bilərlər.

Kitab, həmçinin pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodik vəsait kimi də istifadə oluna bilər.

Rüya tabirlerini burdan oku

Vəsait fənn kurikulumunda nəzərdə tutulmuş 4 məzmun xətti (“Dinləyib-anlama”, “Danışma”, “Oxu”, “Yazı”) üzrə imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartların təlim nəticələrinə uyğun hazırlanıb. Burada bütün məzmun xətlərinə aid nəzəri materiallar və tapşırıq nümunələri verilib.

Vəsaitdə müxtəlif dillərdə (rus, gürcü, alman, fransız) tərcümə mətnlərinə, şəkillər üzrə işə, dilimizdə çox işlənən atalar sözlərinə, aforizmlərə, yığcam şəkildə verilmiş frazeoloji lüğətə, omonimlər, sinonimlər, antonimlər lüğətinə, rus, gürcü, ingilis və fransız dillərində terminlər lüğətinə, orfoqrafiya, orfoepiya, vurğu, tərcümə lüğətlərinə müəyyən qədər yer ayrılıb.

Kitabı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu