fbpx

Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası təşkil edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisi – Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası təşkil edilib.

Bu barədə Metbuat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, aksiya UAR İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə baş tutub: “Ukrayna ilə Rusiya arasında gərginliyin başlamasından sonra Ukrayna Azərbaycanlıları Radası Azərbaycan Evində mütəmadi yardım aksiyaları keçirir. Təxminən yarım ay ərzində hər gün 250-300 nəfər Azərbaycan Evinə gələrək ehtiyacı olan məhsulları əldə edir. Bundan başqa, təşkilat Kiyev ətrafındakı qəsəbə və kəndlərin sakinlərinin də gündəlik zəruri tələbat məhsulları ilə təminatına dəstək göstərir.UAR İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə bu gün səhər Azərbaycan Evində növbəti yardım aksiyası təşkil edilib. Aksiya zamanı Kiyevdəki aztəminatlı ailələr üçün ərzaq məhsulları, tibbi yardım ləvazimatları, geyim əşyaları və s. zəruri məhsullar paylanılıb”.

Rüya tabirlerini burdan oku

Qeyd edilib ki, UAR fevralın 24-dən etibarən minlərlə soydaşımızın təxliyəsini təşkil edərək, onların təhlükəli ərazilərdən çıxarılmasını və sərhədyanı ölkələrə keçməsini təmin edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu