Azərbaycan FHN-in heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb
Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında sentyabrın 25-də yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb.
Metbuat.az “Apa”ya istinadla xəbər verir ki, nəqliyyat vasitələri və heyət Ağdamdan Xankəndi şəhərinə doğru hərəkət edib.
Həmçinin, Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün FHN-in 53 avtomobili heyəti və zəruri avadanlıqlarla yola düşəcək.
Qeyd edək ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Yanğının söndürülməsi üçün sentyabrın 26-da əraziyə Azərbaycan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.