fbpx

Azərbaycan futbolunda belə hadisə görünməyib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Futbol üzrə Azərbaycan I Divizionunun XXVIII turunda keçirilmiş MOİK – “Qaradağ Lökbatan” matçında göstərilən qırmızı vərəqə müzakirələrə səbəb olub.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqəsində baş hakim Vüqar Həsənli meydan sahiblərinin oyunçusu Muxtar Nəzərlini meydandan qovub.

Buna futbolçunun hakimi aldatmağa cəhd etməsi səbəb olub. Epizodların birində M.Nəzərli rəqibin cərimə meydançasının yaxınlığında yerdə qalıb. Referi bunu hakimi aldatmağa cəhd kimi dəyərləndirib və onu ikinci sarı vərəqə göstərməklə meydandan qovub.

Qaydalara görə, meydanın istənilən yerində simulyasiya səbəbindən sarı vərəqə göstərilə bilər. Ancaq hakimlər, adətən, penalti tələb edən oyunçularla bağlı analoji cəzanı tətbiq edirlər. Sözügedən hadisə isə cərimə meydançasından kənarda qeydə alınıb. Üstəlik, oyunçu hakimdən cərimə zərbəsi tələb etməyib. Bu səbəbdən referinin qərarı anlaşılan olmayıb.

Rüya tabirlerini burdan oku

Ümumiyyətlə, dünya futbolunda belə qırmızı vərəqələrə elə də rast gəlinmir. Vüqar Həsənlinin həmin epizodda həddən artıq ağır qərar verdiyi hesab olunur. Yəni qayda pozuntusunun olmadığını bildirib, davam işarəsi verməli idi.

Referi həmin epizoddan sonra etiraza görə MOİK-in məşqçisi Elxan Əhmədova da qırmızı vərəqə göstərib.








Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #futbolunda #belə #hadisə #görünməyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu