Azərbaycan güləşçisi nüfuzlu turnirdə finala yüksəlib
BEY MEDIA İnformasiya agenti xəbər verir
Rusiyanın Krasnoyarsk şəhərində güləş üzrə ikiqat olimpiya çempionu İvan Yarıginin xatirə turniri start götürüb.
Azərbaycan Güləş Federasiyasından Metbuat.az-a verilən məlumata görə, birinci yarış günündə qadınlardan ibarət milli komandanın 2 üzvü xalça üzərinə çıxıb.
50 kq-da mübarizə aparan Şəhanə Nəzərova ilk görüşdə rusiyalı Darima Sanjeyevaya mainimal fərqlə uduzub – 2:3.
59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnik startda rusiyalı Yuliya Artışkoya “tuşe” ilə qalib gəlib. Təcrübəli idmançı 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib.
Kolesnik bu raundda da Rusiya güləşçisi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Azərbaycan təmsilçisi adını finala yazdırıb.
Qeyd edək ki, Alyona Kolesnik yanvarın 28-də keçiriiləcək həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.