Azərbaycan güləşçisi reytinq turnirində qızıl medal qazanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.
Azərbaycan Güləş Federasiyasından Metbuat.az-a bildirilib ki, yarışın 3-cü günündə iki yunan-Roma güləşçimiz mübarizə aparıb.
Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində iranlı Omid Aramiyə 1:3 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşdə iştirak hüququ qazanan güləşçimiz qazaxıstanlı Aybek Sabirbekovla (10:1) macarıstanlı Erik Torbaya (8:0) qalib gəlib. Nihat bürünc medal uğrunda qarşılaşmada isə isveçli Vircil Bikaya heç bir şans tanımayıb – 10:0.
Murad Məmmədov (63 kq) moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuya (9:0), amerikalı Xavyer Consona (13:3) və litvalı Justas Petraviçyusa (5:1) qalib gələrək finala yüksəlib. O, finalda koreyalı Jinvunq Junqu 5:1 hesabı ilə üstələyərək turnirin qalibi olub.
Qeyd edək ki, Eldəniz Əzizli (55 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #güləşçisi #reytinq #turnirində #qızıl #medal #qazanıb