fbpx

Azərbaycan heç bir formada Ermənistana sona qədər güvənməməlidir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Bir neçə gün öncə Ermənistan fövqəladə hallar naziri Armen Pambuxçyan bəyan edib ki, onun Qarabağla bağlı mövqeyi hökumətin proqramında əksini tapıb.

Metbuat.az xəbər verir ki, jurnalistlərlə söhbətində o, “Artsaxın heç vaxt Azərbaycanın bir hissəsi olmayacağına inanırmı” sualına, “Mənim mövqeyim hökumət proqramında təqdim olunub. Hökumət bu məsələ ilə (Qarabağ problemi – red.) bağlı danışıqlar aparır. Düşünmürəm ki, fövqəladə hallar naziri bu danışıqlara münasibət bildirmək səlahiyyətinə malikdir. Amma sənəddə nə deyilirsə, onu hökumət proqramına uyğun olaraq, mən öz şəxsi nöqteyi-nəzərim hesab edirəm”, – deyə cavab verib.

Politoloq Tural İsmayılov erməni nazirin bu fikirlərinə münasibət bildirərək qeyd etdi ki, hazırda Azərbaycanla-Ermənistan arasında delimitasiya ilə bağlı işçi qruplarının iclaslarının keçirildiyi bir vaxtda Ermənistan hakimiyyətindən Qarabağın dırnaqarası müstəqiliyyi ilə bağlı verilən provakasiyon suallara açıqlamalar verilməsi təqdir olunan haldır.

Rüya tabirlerini burdan oku

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazır

“Bir neçə ay bundan əvvəl Qarabağla bağlı daha təxribat xarakterli suallar verməyə çalışan Ermənistan iqtidar nümayəndələrinin üçüncü Brüssel görüşündən sonra bu tip təxribatçı və provakasion suallardan yayınmağa çalışması müəyyən müsbət gümanlara düşməyimizə səbəb olur. Bildirim ki, Azərbaycan heç bir formada Ermənistana sona qədər güvənməməlidir. Çünki delimitasiya müddəti uzun vaxt aparan prosessdir və bütövlükdə Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması da qısa bir vaxtda baş verəcək hadisəyə də oxşamır”.

Müsahibimiz onu da bildirdi ki, istənilən halda indiki Ermənistan revanşistləri, Hayastan bloku və radikal müxalif kəsimlərdən fərqli olaraq Paşinyan komandasının Azərbaycanı qıcıqlandırmaqdan çəkinməsi hazırki vəziyyət üçün passiv qiymətləndirilməlidir.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da “Qarabağ Azərbaycanın tərkibində olmayacaq” ifadəsinin danışıqlar prosesinə maneçilik törətdiyini vurğulayıb və onu səsləndirməyin əleyhinə çıxıb. Simonyandan əvvəl xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan “Artsax Azərbaycanın tərkibində olmayacaq” cümləsini tələffüz etməkdən imtina edib.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu